Modern.az

Qəzada ölən müəllimin uşaqlarının SON VƏZİYYƏTİ

Qəzada ölən müəllimin uşaqlarının SON VƏZİYYƏTİ

Hadisə

10 Oktyabr 2022, 10:36

Oktyabrın 9-da saat 16 radələrində Quba şəhəri ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakinləri Günay Fərzəliyevanı və 2 oğlunu vurub.

 

Daxili İşlər Nazirlyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətləri qənaətbəxşdir.

 

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular