Modern.az

Qəza törədib qaçan sürücülər saxlanıldı

Qəza törədib qaçan sürücülər saxlanıldı

Hadisə

10 Oktyabr 2022, 10:42

Avtomobillə qəza törədib hadisə yerindən qaçan sürücülər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisələrdən ilki oktyabrın 1-də saat 21 radələrində Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, velosiped sürən kənd sakini Rəşad Hüseynov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin  “VAZ-21065” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Ucar rayon sakini Tağı Eyvazov saxlanılıb.

 

Oktyabrın 9-u saat 21 radələrində isə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. 


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb.


Hər iki faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU