Son 2 gündə qeydə alınan piyada ölümlərinin statistikası açıqlanaıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Analoji hal oktyabrın 11-də saat 1 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini E.Söyzalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.