Modern.az

Bakıda sürət qatarı ölümə səbəb oldu

Bakıda sürət qatarı ölümə səbəb oldu

12 Oktyabr 2022, 09:20

Oktyabrın 11-i saat 18:45 radələrində paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə dəmir yolu stansiyasının ərazisində orta yaşlı kişi sürət qatarının yoluna çıxıb.

 

Modern.az xəbər verir ki, qatarın vurduğu vətəndaş Araz Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...