Modern.az

Görüntüləri yayılan narkomanlar TUTULDU

Görüntüləri yayılan narkomanlar TUTULDU

Hadisə

12 Oktyabr 2022, 12:30

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib. 

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb:

 

"Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb. Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib".

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU