Modern.az

Eyni şirkətdə ikinci oğurluq - Bu dəfə 15 min manat

Eyni şirkətdə ikinci oğurluq - Bu dəfə 15 min manat

13 Oktyabr 2022, 15:56

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.

 

Füzuli rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 min 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.

 

Qeyd edək ki, analoji hal “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-nin Lənkəran şöbəsində də qeydə alınıb.


Araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16 mart 2021-ci ildə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU