Ötən tədris ilində paytaxtda 27 şagirdi maşın vurub.
Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri bildirib ki, qeydə alın hallar məktəbdən kənar hadisələr olsa da, narahatvericidir:
"Biz aidiyyəti qurumlara müraciət edərək, məktəblilər və məktəblərlə bağlı yol hərəkəti nişanlarının qoyulmasının vacibliyini diqqətə çatdırdıq. Bəzi yerlərdə bu problemlər aradan qaldırılsa da, bəzi hissələrdə həll edilməmiş qalır".