Modern.az

Su basan yola Mülki müdafiə qoşunları cəlb olundu

Su basan yola Mülki müdafiə qoşunları cəlb olundu

Hadisə

15 Oktyabr 2022, 09:51

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU