Modern.az

Bakıda qadına 12 bıçaq zərbəsi VURULDU

Bakıda qadına 12 bıçaq zərbəsi VURULDU

Hadisə

15 Oktyabr 2022, 12:20

Oktyabrın 14-ü saat 3 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Sabunçu rayon prokurorluğundan verilən məlumatda bildirilib.


Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU