Modern.az

Şüşəsi sınan təyyarə geri qayıtdı

Şüşəsi sınan təyyarə geri qayıtdı

Hadisə

15 Oktyabr 2022, 16:00

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

 

Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU