Modern.az

Salyandakı qəzada xəsarət alanların ADLARI

Salyandakı qəzada xəsarət alanların ADLARI

16 Oktyabr 2022, 13:20

Ötən gün axşam saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

 

Modern.az-ın Report-a istinadən verdiyi məlumata görə, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:

 

1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu - Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı - Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu - Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı -Bakı sakini, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu - Masallı sakini, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu -Masallı sakini, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu - Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı - Bakı sakini, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu - Yardımlı sakini.

 

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU