“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb".
Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
DYP rəsmisinin sözlərinə görə, qəzalar zamanı 143 nəfər ölüb, 264 nəfər yaralanıb:
"Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir".