Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və parlamentin deputatı Şamil Ayrım Qarabağda qəzaya düşüblər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində məlumat yayıb.
Türkiyəli siyasətçilərin olduğu avtomobilin Zəngilan hava limanı istiqamətində qəzaya uğradığı bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, B.Yıldırım və Ş.Ayrımın vəziyyəti yaxşıdır, onlar nəzarət məqsədilə həkim qruplarının müşayiəti altında helikopterlə Bakıya xəstəxanaya aparılıb.
Partiyanın sədr müavini Ömər Çelik və Efkan Alanın onları müşayiət etmək üçün Bakıda qaldıqları açıqlanıb.
Akif İsmayılov