Modern.az

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

21 Oktyabr 2022, 10:14

Bakıda kütləvi dava olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama