Modern.az

Laçında minaya düşən şəxslərdən biri öldü

Laçında minaya düşən şəxslərdən biri öldü

Hadisə

22 Oktyabr 2022, 10:00

Oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, minalı ərazidə baş vermiş hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

 

1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

 

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

 

“Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!”, - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU