Modern.az

“BakuBus”un avtobusu “Araz” marketə çırpıldı - FOTO

“BakuBus”un avtobusu “Araz” marketə çırpıldı - FOTO

Hadisə

22 Oktyabr 2022, 21:16

Bakıda sərnişin avtobusu qəza törədib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Belə ki, “BakuBus” MMC-yə məxsus 30 nömrəli marşrut avtobusu idarəetməni itirərək “Araz” marketə çırpılıb. Hadisə zamanı avtobusa və marketə ciddi ziyan dəyib.

 

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Hazırda araşdırma aparılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama