Göygöldə fəhlə iş başında ölüb.
Modern.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Quşqara kəndində baş verib.
Kənddəki evlərin birində fəhlə işləyən rayon sakini, 1991-ci il təvəllüdlü Elşən Abbasov işlədiyi zaman hündürlükdən yıxılıb.
Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.