Modern.az

26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi

26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi

23 Oktyabr 2022, 18:15

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğundan bildirilib.

 

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

 

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama