Modern.az

Polis əməkdaşı Qubada qəzaya DÜŞDÜ

Polis əməkdaşı Qubada qəzaya DÜŞDÜ

25 Oktyabr 2022, 19:12

Quba rayonunda iki avtomobil toqquşub, polis əməkdaşı xəsarət alıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU