Modern.az

Türkiyədə azərbaycanlı kriminal avtoritet ÖLDÜRÜLDÜ

Türkiyədə azərbaycanlı kriminal avtoritet ÖLDÜRÜLDÜ

Hadisə

27 Oktyabr 2022, 10:24

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, kriminal aləmdə "Qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

 

Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevin tərəfdarı olub.

 

Məlumata görə, Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

 

Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

 

Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU