Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 4 məktəblini vurub. Onlardan ikisi xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirlib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.