Qarabağda qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə qəza törədiblər.
Modern.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Bildirilib ki, spirtli içki qəbul edən silahlı dəstənin 3 üzvü qəzaya düşüb. Hadisə zamanı onlardan biri ölüb, digərləri isə ağır yaralanıb.
Xankəndi şəhərində tibb məntəqəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.