Modern.az

Ağdamda ana və qızını maşın vurdu

Ağdamda ana və qızını maşın vurdu

29 Oktyabr 2022, 00:26

Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik avtomobili yolu keçən iki qadını vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, onlardan biri - 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. Ağır bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızının müalicsəi davam edir. Onların ana və övlad olduğu bildirilir.

Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başladılıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU