Modern.az

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - Yaralılar var

Fəhlələri daşıyan mikroavtobus qəzaya düşdü - Yaralılar var

Hadisə

31 Oktyabr 2022, 20:20

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, "QAZel" markalı mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu deyilir.

 

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama