Modern.az

İki piyada yolu keçərkən öldü

İki piyada yolu keçərkən öldü

2 Noyabr 2022, 10:50

Ötən gün iki piyada ölümü qeydə alınıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Noyabrın 1-də saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Analoji hal saat 23 radələrində Quba rayonu ərazisində baş verib. Belə ki, rayon sakini E.Həsənov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şahbəddin Bədəlovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər