Modern.az

DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ

DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ

Hadisə

3 Noyabr 2022, 09:44

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.

 

"Elnur Əliyev nazirin birinci müavinidir. Onun işə çıxmaması üçün hər hansı səbəb yoxdur", - N.Allahyarova bildirib.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu.Az yayıb.

 

Xatırladaq ki, yerli mətbuatda yayılan məlumatlarda E.Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edildiyi bildirilirdi.

 

Məlumat üçün bildirək ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU