Modern.az

17 yaşlı qız kirayə qaldığı evdə öldürüldü

17 yaşlı qız kirayə qaldığı evdə öldürüldü

Hadisə

4 Noyabr 2022, 21:48

Qaxda 17 yaşlı qız qətlə yetirilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Cavanşir Rəhimov küçəsi, ev 5 ünvanında baş verib.

 

Belə ki, həmin evdə kirayədə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıcaqlanaraq qətlə yetirilib. 17 yaşlı qızın meyiti kirayə yaşadığı evdə aşkarlanıb.

 

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU