Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində 55 yaşlı Telman Sultan oğlu Kərimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Digər sürücü xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə Şəmkir rayon "Səbət" bazarı yaxınlığında qeydə alınıb. "Ford" markalı kiçik tutumlu yük maşının idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə çırpılması nəticəsində minik maşının qarşısında dayanmış həmin nəqliyyat vasitəsinin sürücüsü zərbənin gücündən maşının altında qalıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.