Modern.az

Avtomobili işıq dirəyinə çırpdı

Avtomobili işıq dirəyinə çırpdı

14 Noyabr 2022, 10:42

Noyabrın 13-də saat 22 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində kənd sakini K.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili işıq dirəyinə vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə sərnişini olan həmkəndlisi Vüsal Rzayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

 

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama