Cəlilabadda arvadını baltalayan şəxs tutulub.
Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir.
09:08
Cəlilabadda kişi ailə münaqişəsi zəminində birgə yaşadığı qadını baltalayıb.
Modern.az xəbər verir ki, hadisə rayonun Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.
Kənd sakinlərinin sözlərinə görə, cütlük arasında tez-tez münqaişə yaşanırmış.