Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.
Modern.as xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
DİN rəsmisi qeyd edib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.