Modern.az

Traktor \"VAZ\"la TOQQUŞDU - Ölən var

Traktor \

16 Noyabr 2022, 10:01

Noyabrın 15-də saat 11 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində kənd sakinləri Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə E.Usubovun idarə etdiyi “MTZ” markalı traktor toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə S.Atakişiyev hadisə yerində ölüb.

 

Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama