Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!