Modern.az

Tələbəni bıçaqlayan şəxs TUTULDU

Tələbəni bıçaqlayan şəxs TUTULDU

18 Noyabr 2022, 09:48

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib. 


Araşdırmalar davam etdirirlir.

 

Qeyd edək ki, bıçaqlanan şəxsin universitet tələbəsi olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama