Modern.az

40 yaşlı kişi dəm qazından öldü 

40 yaşlı kişi dəm qazından öldü 

Hadisə

19 Noyabr 2022, 21:53

Şəmkir rayonunda yerli sakin dəm qazından boğularaq ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü E.Abdulrəhimov yaşadığı evin vanna otağında dünyasını dəyişib.

 

Onun meyiti tibbi ekspertizaya aparılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU