Modern.az

Qusarda ağır qəza - Ölən var

Qusarda ağır qəza - Ölən var

Hadisə

20 Noyabr 2022, 21:42

Qusar rayonunda avtomobil qəzası baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Əvəcuq kəndində "VAZ-2107" və "Hyundai Tucson" markalı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində 1 nəfər - 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

 

Eyni zamanda rayon sakini - 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU