Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.
Modern.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Onu döyən şəxslərin kimliyi müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.