Modern.az

Avtomobillər toqquşub - Ölənlər var

Avtomobillər toqquşub - Ölənlər var

Hadisə

25 Noyabr 2022, 11:58

Noyabrın 24-də saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini Nazim Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanan “Ford Cargo” markalı yük avtomobilinə vurub və nəticədə hadisə yerində ölüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Daha bir qəza noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun idarə etdiyi “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

 

Hər 2 faktla bağlı araşdırma aparılır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü