Modern.az

Avtobuslarda cibgirlik edən şəxs SAXLANILDI

Avtobuslarda cibgirlik edən şəxs SAXLANILDI

Hadisə

26 Noyabr 2022, 12:02

Paytaxtın Binəqədi rayonu ərazisində marşrut avtobuslarında iki nəfərin içərisində pul, bank kartları və sənəd olan cüzdanlarının qeyri-aşkar şəraitdə oğurlanması, sonradan onlardan birinin bank kartı ilə 290 manat dəyərində alış-veriş olunması barədə polisə məlumatlar daxil olub.  

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.


Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Əliyev və Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar. 


Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU