Modern.az

“Oğlumdan xəbərim yoxdur” - İsa Həbibbəyli

“Oğlumdan xəbərim yoxdur” - İsa Həbibbəyli

Hadisə

28 Noyabr 2022, 10:40

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”.


Modern.az xəbər verir ki, bunu Gununsesi.info-nun Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi Səhət Həbibbəylinin saxlanması barədə xəbərlərə dair sorğusuna cavabında onun AMEA prezidenti olan atası  İsa Həbibbəyli deyib.


“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli “bilmirəm haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.
 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında anti-korrupsiya əməliyyatları başlayıb.


Muxtar Respublikanın gömrük və digər maliyyə qurumlarından bir neçə şəxsin həbs edildiyi deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama