Modern.az

Kürdəmirdə qəza - Piyada öldü

Kürdəmirdə qəza - Piyada öldü

29 Noyabr 2022, 09:58

Noyabrın 28-də saat 12 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində rayon sakini O.Musayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Tahir Nəzərlini vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU