Modern.az

Buzovnada bir ailənin 3 üzvünü öldürən kürəkən imiş - RƏSMİ

Buzovnada bir ailənin 3 üzvünü öldürən kürəkən imiş - RƏSMİ

1 Dekabr 2022, 16:32

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.  

 

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan Modern.az-a verilən birgə məlumatda bildirilib.

 

Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.11 madələri ilə cinayət işi başlanılıb. 

 

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

 

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU