Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Qəza yerinə təcili tibbi yardım briqadaları cəlb olunub, araşdırma aparılır.