Modern.az

Gəlinini öldürən qayınata hakim QARŞISINDA

Gəlinini öldürən qayınata hakim QARŞISINDA

Hadisə

2 Dekabr 2022, 12:18

22 avqust 2022-ci ildə Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

Bu barədə Modern.az-a Daşkəsən rayon prokurorluğundan bildirilib.

 

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürüb.

 

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi