Modern.az

Beyləqanda öldürülən ailə üzvlərinin ADLARI - TƏFƏRRÜAT

Beyləqanda öldürülən ailə üzvlərinin ADLARI - TƏFƏRRÜAT

Hadisə

3 Dekabr 2022, 00:40

Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatı məlum olub. 

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub. 

 

Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L.Cəlilzadə isə həbs edilib. 

 

Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib. 

 

Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. 

 

***

Bəyləqanda öldürülən ailə üzvlərinin adları bəlli olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:

 

Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;

Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;

Quluzadə Amin Nadir oğlu – 26 yaş;

Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;

 

Məlumata görə, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı