Modern.az

Yolu keçmək istəyən piyadalar ÖLDÜLƏR

Yolu keçmək istəyən piyadalar ÖLDÜLƏR

Hadisə

5 Dekabr 2022, 09:52

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasif Cəlilovu vurub.

 

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb. 

 

Daha bir piyada ölümü Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramilə İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər