Modern.az

Qusar sakini ögey anasını bıçaqladı 

Qusar sakini ögey anasını bıçaqladı 

Hadisə

5 Dekabr 2022, 23:59

Qusar sakini ögey anasını bıçaqlayıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Piral kənd sakini 1977-ci il təvəllüdlü Şəfəq Mövlan qızı Əzizova ögey oğlu Yüzbəyov Rami Rizvan oğlu ilə mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

 

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, R.Yüzbəyov ruhi xəstəlikdən əziyyət çəkir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır