Modern.az

Naməlum avtomobil piyadanı vurub öldürdü

Naməlum avtomobil piyadanı vurub öldürdü

6 Dekabr 2022, 10:24

Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən olunmayan avtomobillə vurulub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Rəsmi məlumata görə, piyada hadisə yerində ölüb.

 

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi