Modern.az

Naxçıvanlı həkim: “Üç problemi Vasif Talıbovun diqqətinə çatdırdım”

Naxçıvanlı həkim: “Üç problemi Vasif Talıbovun diqqətinə çatdırdım”

Hadisə

6 Dekabr 2022, 12:54

“Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar. İstədiklərini alıb gətirirlər...”.

Modern.az-ın məlumatına görə, bunu əslən Naxçıvandan olan tanınmış həkim Səxavət Əlisoy bildirib. O deyib ki, hələ 2010-da parlament seçkilərində namizəd kimi iştirak edərkən, Naxçıvan TV-də 10 dəqiqəlik çıxışı olmuş, seşicilərin aşağıdakı əsas 3 şikayətini Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun diqqətinə çatdırmışdı?

“1. Ümumvətəndaş pasportu (xarici pasport) veriləndə rüsumdan başqa 10 manat da əlavə pul alınır.

2. Türkiyədən Naxçıvana kartof, makoron və digər ərzaq məhsullarının keçirilməsinə icazə verilmir.

3. Türkiyəyə göndəriləcək şəkər çuğundurununun (pazı) 1 tonu qəbul məntəqəsində 750 kq yazılır.

Nəticə o oldu ki, seçki bitənə qədər naxçıvanlılardan pasport üçün əlavə 10 manat alınmadı, ərzaq məhsulları maneəsiz buraxıldı və 1 ton pazıdan 250 kq kəsməyin qarşısı alındı.

Amma seçkilərdən sonra hər şey köhnə vəziyyətə qayıtdı”.
 


S.Əlisoy deyib ki, bunları xatırlatmaqda məqsədi odur ki, DTX yoxlamaları bitəndən sonra da gömrükdə köhnə günlər bərqərar olmasın.

“Gözləyək...”, - deyə naxçıvanlı həkim bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir