Modern.az

Şantaj olunan qadın özünü körpüdən atmaq İSTƏDİ

Şantaj olunan qadın özünü körpüdən atmaq İSTƏDİ

Hadisə

9 Dekabr 2022, 10:19

Gəncədə 32 yaşlı qadın Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyib.

 

Modern.az xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü T.Abdullayeva intihara cəhd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıblar

 

İlkin araşdırmalar zamanı 32 yaşlı qadın yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.

 

Hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi